19:05 22.11.2022 341

“Dünya çempionu olmaq çox qürurverici və gözəl hissdir”

“7 yaşımdan taekvondo ilə məşğul oluram. Məşqlərə bu idman növünü sevərək başlamışam”.

Fanat.Az xəbər verir ki, bunu Taekvondo Federasiyasının mətbuat xidmətini yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Mehdi Budaqlı deyib.

14 yaşlı dünya çempionu taekvondoya gəlişinin əsas səbəbkarı şəxsi məşqçisi İlkin Şahbazovun olduğunu bildirib. Onun sözlərinə görə, hər şey hazırda çalışdırıcı kimi fəaliyyət göstərən Avropa çempionun siniflərinə gəlməsi ilə başlayıb: “İdmanın məhz bu növünü seçməyimin səbəbi İlkin Şahbazov olub. Şəxsi müəllim məktəbdə sinfimizə gəlmişdi və taekvondo barəsində danışdı. Mən də bu idman növünü çox bəyənərək, məşqlərə başladım”.

33 kq çəki dərəcəsində mübarizə aparan Budaqlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş dünya birinciliyində 6 döyüşdə qalib gələrək qızıl medala yiyələnməsini həyatında xoş xatirə olduğunu vurğulayıb. O bildirib ki, yarışdan döndükdən sonra oxuduğu məktəbdə onu xüsusi təqdim ediblər:

“Dünya çempionu olmaq çox qürurverici, gözəl bir hissdir. Bununla həyatımda çox şey dəyişdi, yaxşı oldu. Hamı məni tanıdı. İdmanla məşğul olmağıma baxmayaraq, dərslərimə də vaxt ayırıram. Yaxşı oxuyuram”.

Yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu bu uğurla kifayətlənmək fikrində deyil. Mehdi qeyd edib ki, noyabrın 25-28-də Maltanın paytaxtı Vallettada keçiriləcək Avropa birinciliyində də özünü sübut etmək arzusundadır:

“Qarşıda məni Avropa birinciliyi gözləyir. Uğur qazanmaq üçün komandadakı uşaqlarla birgə çox çalışırıq. Uğurumu davam etdirmək, burada da çempion olaraq Azərbaycan himnini səsləndirmək istəyirəm. Əsas hədəfim isə Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”.

Azərbaycan Maltada Avropa birinciliyində 17 taekvondoçu ilə təmsil olunacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2025
01:29

Klublararası dünya çempionatı: "Borussiya" və "Fluminense" 1/8 finalda

00:08

Azərbaycan atletlərindən AÇ-nin son günündə 4 medal

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

21:14

"Çelsi" Arrisabalaqanı digər İngiltərə nəhənginə satır - MƏBLƏĞ

20:50

Morata "Qalatasaray"ı İtaliya klubuna dəyişir - SON DURUM

20:18

Paytaxt klubu Jiqonun transfer hüquqlarına yiyələndi

19:48

"Mikki Mausa baxmağa gələnlər "ölüm qrupu"ndan çıxaraq 1/8 finala yüksəldilər" - Aleks Telles

19:11

"Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?"

18:52

"Barselona"nın "Kamp Nou"ya qayıdacağı tarix bilindi - RƏSMİ

18:20

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

17:56

"Qarabağ" "İmarət"də - FOTO

17:39

İngiltərə təmsilçisi fransalı mütəxəssisə tapşırıldı - RƏSMİ

17:21

"Bayern"ə qarşı oynamaq həmişə xoşdur, çünki..." - "Flamenqo"nun müdafiəçisi

17:03

"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının başlama vaxtı bilindi

16:44

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi müəyyənləşdi

16:26

"Çox iş görməliyik" - Yevgeni Kukseviç

16:08

"Bayern Münhen" İbrahimoviçi icarəyə verdi - RƏSMİ

15:50

AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək

15:35

AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq

15:27

"Qarabağ" Xankəndidəki Qarabağ Universitetində - FOTO

15:17

"Liverpul"un hücumçusu növbəti mövsümə harada başlayacaq? - Maaşı açıqlandı

14:59

"Ançelotti Skolariyə çox bənzəyir" - Ronaldo

14:41

Kukseviçin Azərbaycan millisinə təyinatı təsdiqləndi, müqavilə müddəti açıqlandı

14:23

"Qarabağ" Şuşada 1 nömrəli məktəbi ziyarət etdi - FOTO

14:05

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

13:44

"İmişli" 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

13:28

Kriştianu Ronaldunun baş məşqçisi qovuldu - RƏSMİ

13:10

Kanzari "Çelsi"dən aldıqları darmadağından sonra belə danışdı

12:52

"Sumqayıt" daha 3 futbolçusu ilə vidalaşdı - RƏSMİ

12:34

Jalə DÇ-də medal qazanmaq istəyir: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam"

12:16

"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşdı - RƏSMİ

11:58

Ruslar İsveçrə klubu ilə görüş üçün milyonlar xərclədi

11:39

KONKAKAF: 1/4 final cütləri müəyyənləşdi

11:20

Azərbaycan millisi Berlində toplanışa başladı

10:43

PSJ Messiyə mesaj göndərdi - "Bazar günü görüşənədək"

10:25

"İnter" "Borussiya Dortmund" 1/8-ə çıxa biləcək?

Facebookdan bizi izləməyi unutmayın.
X