16:26 26.12.2019 1336

Teymur Rəcəbov: “Şəhriyara qarşı oynamaq xoş deyildi” - MÜSAHİBƏ

Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik.

-  İlk olaraq 2019-cu il barədə danışaq. Başa çatmaqda olan sizin üçün necə yadda qalacaq?
-  Nəzərdə tutduğum planlara əsasən 2019-cu ilin normal keçdiyini düşünürəm. Dünya Kubokunda qələbə sayəsində ili karyeram üçün uğurlu hesab etmək olar. 

- İlin ən yadda qalan məqamı Dünya Kubokunda qələbəniz oldu. Teymur Rəcəbov üçün bu qələbə nə dərəcədə əhəmiyyətlidir?
- Dünya Kubokunda qələbə istənilən şahmatçının idman bioqrafiyasında çox mühüm yer tutur. Mənə görə də bu nəticə çox vacib və əlamətdar hadisə oldu. Bu qələbənin mənim qədər ümumilikdə Azərbaycan şahmatı üçün də önəmli olduğunu düşünürəm.

- Dünya Kubokunda qələbə Teymur Rəcəbovu böyük şahmata qaytardı. Siz bu fikirlə razısınız?
- Razı deyiləm. Mən böyük şahmatdan ayrılmamışdım. Bu müddət ərzində elit şahmatçılar sırasında olmuşam. Azərbaycan yığmasının heyətində və şəxsi yarışlarda çoxlu sayda qələbə və medallar əldə etmişəm. 2017-2018 mövsümündə də İddiaçılar Turnirinə vəsiqə qazanmağa çox yaxın idim. Palma de Malyorkada keçirilən FİDE Qran-Pri turnirində İddiaçılar Turnirinə vəsiqə qazanmağıma cəmi yarım xal çatmadı.

- Son illər iştirak etdiyiniz turnirlərdə daha çox heç-heçəylə yadda qalırdınız. Bunu necə izah edərdiniz?
- Bu debüt repertuarımın yenidən qurulmasıyla bağlıdıe. Qara fiqurlarla riskli mübarizədən daha çox klassik üsluba uyğunlaşmaqla əlaqədardır. Riskli debütlərdə daha çox qələbə qazanmaq mümkündür. Lakin məğlub olmaq riski artır. Klassik debütlərdə qara fiqurlarla bərabərliyi qorumaq asandı, qələbə qazanmaq isə çətin. Bu və ya digər seçimin doğru olub-olmadığı reytinqdə görünür. Reytinq düşürsə deməli dəyişiklik lazımdır. Əksinə reytinq artırsa deməli hər şey qaydasındadır.

- Teymur Rəcəbovun komandasında dəyişiklik var? Hazırda kimlərlə işləyirsiniz?
-  Son illər əsasən Vladimir Çuçelovla işləyirəm. Uşaq yaşlarından çalışdığım fransız qrossmeyster İqor-Aleksandr Natafla əməkdaşlığımız davam edir. Psixoloji cəhətdən isə ailəm və yaxın insanlar çox kömək olur.

- Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbrik məktubu aldınız. Ölkə rəhbərliyinin təbriki sizin üçün nə deməkdir?
- Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir.

- Sizin qələbənizin sosial şəbəkələrdə uzun müddət müzakirə edildiyindən xəbəriniz var? Hətta 2019-cu ilin əsas idman uğuru adlandıranlar da oldu...
- Azərbaycan idmançılarının bütün qələbələri arasında ilin əsas idman uğuru kimi? Bilmirəm nə deyim. Dünya Kubokundakı qələbə mənim üçün 2019-cu ilin əsas hadisəsi oldu. Xoş sözlərə görə bütün azarkeşlərimə, idman mütəxəssislərinə təşəkkür edirəm. Amma belə seçimi azarkeşlər, idman jurnalistləri, mütəxəssislər edə bilər. Onların istənilən qərarı mənə qəbuldu.

- Dünya Kubokunda Şəhriyar Məmmədyarova qarşı mübarizə aparmaq hansı hisslərlə yadda qalacaq?
- Düzünü desəm o qədər xoş an deyildi. Uşaq yaşlarından Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparmışıq. Birgə çoxlu sayda qələbələrimiz olub. Bu mənada komanda yoldaşına qarşı mübarizə aparmaq çox çətin idi. Təəssüf ki, püşk bizi Dünya Kubokunda bir-birimizə qarşı rəqibə çevirdi. Bu mübarizədə mən daha uğurlu oldum. Partiyadan sonra Şəhriyar məni təbrik etdi, qucaqladı və növbəti görüşlərdə uğurlar arzuladı.

- Son illər futbol dünyası mübahisə edir: Ronaldo yoxsa Messi güclüdü? Azərbaycan şahmat azarkeşlərini isə başqa sual maraqlandırır: Şəhriyar yoxsa Teymur? Siz bu suala necə cavab verərdiniz?
- Səmimi deyəcəm, bu sualla rastlaşmamışam. Bizim aramızda sağlam rəqabət var. Bu rəqabət Azərbaycan sərhədlərini keçib. Rəqabət fərdi inkişafa kömək edir. Təkcə Azərbaycanda bir-birimizlə deyil, dünyanın ən güclü şahmatçılarıyla birgə yüksək nailiyyətlər uğrunda rəqabət aparırıq. Belə rəqabət normaldıe. Kim daha çox maraqlıdır? Bu suala azarkeşlər özləri üçün cavab verə bilər.

- Dünya Kubokundan sonra milli komandalar arasında Avropa çempionatı keçirildi. Qitə birinciliyində iştirak etməməyinizin səbəbini bilmək istərdik.
- Avropa çempionatında iştirak etmədiyimə görə çox təəssüflənirəm. Təxminən bir aya yaxın müddətdə Dünya Kubokunda güclü şahmatçılarla çətin oyunlarda mübarizə aparmışam. Bəzi görüşlərdə tay-brekdə oynamaq lazım gəlib. Elə final görüşündə çinli Dinq Lirenlə 10 partiya oynadıq. Dünya Kubokundan sonra özümdə ciddi yorğunluq hiss etdim. Batumidə təşkil edilən Avropa çempionatının ardınca – bir gündən sonra Hamburqda keçirilən FİDE Qran-Prisində iştirak etməliydim. Bu barədə FİDE ilə imzalanmış müqaviləmiz var. Belə məqamda tam gücümlə oynamaq mümkün deyildi. Bərpa olunmaq lazım idi. Ona görə milli komandada tam gücümlə oynaya bilməyəcəyimi nəzərə alaraq Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasından əvəzolunmağımı xahiş etdim.

-  FİDE-nin təşkil etdiyi Qran-Prinin son mərhələsində də iştirak etmədiniz. Səbəbi deyə bilərsiniz?
-  Tam bərpa oluna bilməmişəm. Həkimlərin məsləhətiylə bərpa kursunu davam etdirirəm. İndi artıq müəyyən  mənada özümə gəlirəm.

-  Uzun illər Teymur Rəcəbov Azərbaycan xalqını qələbələrlə sevindirir. Hamımızın xatırladığı balaca Teymur artıq böyüyüb, indi ailə başçısıdır. Şahmat sizi yormur? Belə deyək şahmatdan ayrılmaq – getmək barədə düşünmüsünüz?
-  Yüksək səviyyədə oynamaq müəyyən mənada çətin olub. Müasir məşq medotları, saatlarla kompyuterlə iş, fiziki dözümlülük, çoxlu sayda turnirlər, tez-tez səfərə çıxmaq asan deyil. Bunun üçün psixoloji və fiziki güc, mənəvi cəhətdən dözümlülük tələb olunur. İndiyə qədər bacarıram. Getmək? Bu elə də çətin deyil, istənilən zaman bu barədə qərar qəbul etmək olar.

-  İddiaçılar Turnirinə hazırlıq planı barədə məlumat verə bilərsinizmi?
-  İddiaçılar Turnirində dünyanın ən güclü şahmatçıları mübarizə aparır. Burada aparıcı şahmatçıların hazırlığıyla məşğul olan güclü məşqçi kollektivlərinə qarşı çıxış edəcəyik. Ona görə ciddi hazırlıq tələb olunur. Bunun üçün müəyyən maliyyə lazım olacaq. Uzun müddətli təlim-məşq toplanışı, güclü məşqçilərlə gündəlik iş, mütəxəssislərlə psixoloji, fiziki hazırlıq və digər məsələlər həll olunmalıdıe. Müəyyən hazırlıq planlaşdırılıb. Onu reallaşdırmaq barədə düşünürük. Əvvəlki İddiaçılar Turnirində iştirak təcrübəmdən irəli gələrək mötəbər yarışa lazımi qaydada hazırlıqda problem yaranacağından ehtiyatlanıram. Çünki, dünya elitasına daxil olan rəqiblərimin imkanlarıyla müqayisədə mənim vəsaitim müəyyən mənada məhduddur. İstənilən halda maksimum potensialımı nümayiş etdirərək dünyanın ən yaxşı şahmatçısı adı uğrunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacam.

- Sizin fikrinizcə 2019-cu ildə Azərbaycanda ən yaxşı idmançı kimdi?
- Cari ildə ayr-ayrı növlər üzrə bir sıra idmançılar və onların məşqçiləri uğur qazanıb. Kimisə xüsusilə fərqləndirməklə digərlərinin xətrinə dəymək istəməzdim.

-  2020-ci ilə hansı arzularla yollanırsınız?
- Allahdan Azərbaycanda sabitliyin qorunmasını və ölkəmizin inkişafının davamlı olmasını arzulayıram. Yeni ildə hər bir azərbaycanlının mehriban və işıqlı arzularının həyata keçməsini diləyirəm.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2020
00:30

"Həbibi yenən ilk idmançı olmaq istəyirəm"

06 İyul 2020
23:50

Con Terriyə baş məşqçilik təklif olundu

22:10

Bundesliqada mövsümün ən yaxşı 10 anı - VİDEO

20:30

"VAR daha çox "Real" kimi hücumameyilli komandaların işinə yarayır" - Simeone

19:15

Bundesliqada ən yaxşı hücumçular kimlərdi? - VİDEO

18:25

Dani Alves "Real"a söz atdı: "Bizə öyrətdilər ki, çempion olmaq üçün..."

17:54

COVİD-19-a qalib gələn ölkənin komandasında 11 futbolçu virusa yoluxdu

17:02

Van Damm Nurməhəmmədovla belə vidalaşdı: "Qardaş, heç vaxt qarşılaşmasaq da..."

16:51

"Keşlə"ni hədələdi: "Pulumu verməsələr, FIFA-ya şikayət edəcəm"

16:41

Çempionlar Liqası: 1/8 finalın cavab oyunlarının taleyinə aydınlıq gəldi

16:39

Casusluq edən keçmiş futbolçu həbs olundu

15:55

Ulduz futbolçunun evi qarət olunub

15:28

"Mançester Yunayted"də yeni müqavilə - FOTO

15:14

Siyasətçilərin azarkeşlik etdiyi Azərbaycan klubları - VİDEO

14:46

AzTV-nin iki məşhur siması koronavirusa yoluxdu - RƏSMİ

14:34

La Liqa klubunda yeni baş məşqçi - FOTO

14:00

"Real"dan son 32 ilin ən yaxşı göstəricisi

13:25

Azərbaycanlı dünya və Avropa çempionu dünyasını dəyişdi - FOTOLAR

13:23

Lebron Ceyms belə məşq edir - FOTO

13:04

Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar: Siyahıda Mənsimovla Məmmədov da var

12:41

Messi "Barselona"dan ayrılır? - Prezidentdən açıqlama

12:02

"Nyukasl"ın oyunçusunu 3 Avropa klubu istəyir

12:00

"Formula 1"-də mövsüm başladı, Bottas Avstriyada qalib oldu

11:56

İngiltərə klubu millimizin futbolçusunun transferində israrlıdı

11:37

UFC çempionu insan həyatı qurtardı - FOTO

11:36

"VAR həmişə "Real"ın lehinə işləyir" - "Barselona"nın prezidenti

11:19

Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO

10:57

Xavinin müqaviləsini uzatdılar - FOTO

10:43

Premyer Liqada çempion müəyyənləşdi

10:17

Essyen Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı - FOTO

09:58

"Qalatasaray" "Trabzonspor"a belə uduzdu - VİDEO

09:54

Millimizin hücumçusu "Beşiktaş"a təklif olundu

09:44

"İnter" azlıqda qalan rəqibi ilə bacarmadı - VİDEO

09:40

"Liverpul"dan iki cavabsız qol - VİDEO

09:20

"Mançester Siti" uduzdu - VİDEO

09:00

5 qol vuruldu, "Barselona" qələbə qazandı - VİDEO

08:20

Kolumbiyalı fitnes-model 5 ən yaxşıdan biridi - FOTOLAR

00:14

"Keşlə"dən ayrılan oyunçu başqa Bakı klubuna keçir

00:02

Türkiyə Superliqası: "Qalatasaray" İstanbulda uduzdu

05 İyul 2020
23:40

Paşayev oynadı, 4 qol gördü

23:15

Təbriz təmsilçisi xalsız qaldı

22:15

Mancukiç Qətər klubundan ayrıldığını açıqladı

17:49

"Qalatasaray" hücumçusu ilə vidalaşdı - RƏSMİ

17:44

Aygünün qızı ilə videosu yayılan braziliyalı futbolçu: “Münasibətimiz 3 ildir davam edir”

16:43

"Neftçi"nin danışıq apardığı futbolçunun adı bilindi

14:41

Buffon: "43 yaşıma qədər burdayam, sonrasına baxarıq"

13:56

"Keşlə"nin keçmiş məşqçisi Ermənistanda ömürlük cəzalandı

12:29

Məşhur ingilis klubundan millimizin futbolçusuna təklif

12:24

Morinyu: "Onu qucaqlamaq üçün sosial məsafəni pozacam"

12:05

"Beşiktaş"ın prezidenti: “Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə..."

11:07

Klopp ÇL-in favoritlərinin adını açıqladı

10:57

Ronaldunun sevgilisi bədənini belə göstərdi - FOTO

10:24

Messi "Barselona"da qalmaq üçün yeganə şərtini açıqladı

10:10

Braziliya millisinin və "Real"ın sabiq baş məşqçisi koronavirusa yoluxdu

09:46

Mayk Tayson görünüşü ilə hər kəsi təəccübləndirdi - FOTOLAR

09:37

"Neftçi"nin sabiq futbolçusu Super Liqa klubunda baş məşqçi oldu

04 İyul 2020
23:27

Fərid oynadı, bəs Samir hanı?

23:22

Nicat yenə qol vurdu, komandası...

23:16

"Traktor" qələbə qazandı

22:15

"Barselona"da növbəti ayrılıq

21:30

Pelleqrini yenidən La Liqada?

20:26

Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi

20:25

"Fənərbağça" "Barsa"nın iki futbolçusunu birdən transfer edir

19:10

A Seriyası: "Yuventus" "Torino"ya qarşı, "Milan" "Latsio" səfərində

18:55

"Qalatasaray"ın Arda Turan planı açıqlandı

18:20

Kalates "Panatinaikos"dan ayrıldı - "Barselona"ya keçir

17:54

"Keşlə"də yeni müqavilə

17:35

La Liqa: "Real" "Atletik"ə, "Barselona" "Vilyarreal"a qarşı

17:19

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:00

"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image