İsveçrəli məşhur tennisçi Roje Federer Tokio-2020-yə qatılmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat yayıb. Böyük Dəbilqə turnirlərinin 20 qat qalibi Olimpiadanı zədə səbəbindən buraxacağını açıqlayıb.
İsveçrəni Olimpiya Oyunlarında təmsil etməkdən hər zaman şərəf duyduğunu qeyd edən 39 yaşlı tennisçi, Tokio-2020-ni buraxacağı üçün dərin məyusluq keçirdiyini bildirib.
Sahib Əsədbəyli