Bir nömrəli raketka ustası Novak Cokoviç Olimpiadanın dörddəbir finalında Kei Nişikorini məğlub edib (6:2, 6:0).
Fanat.Az xəbər verir ki, öz aralarında keçirilən ümumi görüşlərdə hesab 17:2 serbiyalı idmançının xeyrinədir.
Cokoviç üç dəfə Olimpiadanın yarımfinalına çıxan ilk tennisçi (həm kişilər, həm də qadınlar) olub.
Serb Olimpiadada qazanılan matçların sayına görə Roje Federerə (Roger Federerə) çatıb. Hər ikisi 13 qələbə ilə liderlik edir.
Xatırladaq ki, Cokoviç yarımfinalda Aleksandr Zverev (Alexander Zverev) və Ceremi Çadri (Jeremy Chardy) çütünün qalibi ilə görüşəcək.
Emin Şəmsiyev