Türkiyəli idman gimnastı Ferhat Arıcan Tokio 2020-də qazandığı medalla ölkəsinin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, paralel qol hərəkətlərinin finalında üçüncü olan 28 yaşlı idmançı Türkiyənin hesabına idman gimnastikası üzrə ilk Olimpiya mükafatını yazdırıb.
Qeyd edək ki, Türkiyə bu günə qədər Tokio Yay Olimpiya Oyunlarında 1 qızıl, 5 bürünc medal qazanıb. Yeganə "qızıl"ın sahibi Mete Qazoz da kamandan oxatma üzrə "ay-ulduzlular"ın Olimpiadalarda ilk mükafatçısı olub.
Sahib Əsədbəyli