Azərbaycan üzgüçüsü Roman Saley Tokio 2020 Yay Paralimpiya Oyunlarının final mərhələsinə yüksəlib.
Fanat.Az xəbər verir ki, o, S13 kateqoriyası üzrə 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərərək, 8 iştirakçı arasında üçüncü olub və adını finala yazdırıb.
Həlledici mərhələ Bakı vaxtı ilə 13:11-də başlayacaq.
Qeyd edək ki, Roman Saley avqustun 27-də 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.
Sahib Əsədbəyli