Tokio-2020 Yay Paralimpiya Oyunlarında maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, 200 metr məsafəyə qaçışda mübarizə aparan görmə məhdudiyyətli qadın para-atlet Keula Nidreyya yarış başa çatdıqdan sonra gözlənilməz sürprizlə qarşılaşıb.
Yarışı sonuncu pillədə başa vuran kabo-verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa qaçış zolağında diz çökərək, ona evlilik təklif edib. Nidreyya təklifə müsbət cavab verib.
Həmin evlilik təklifinin videogörüntüsünü təqdim edirik:
Emin Şəmsiyev