Türkiyənin qadınlardan ibarət qolbol yığması Tokio 2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.
Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" finalda ABŞ yığmasını 9:2 hesabı ilə məğlub edərək, yarışların qızıl medalını qazanıblar.
Qeyd edək ki, bu, Türkiyənin Paralimpiada ikinci "qızıl"ıdır. Komandanın aktivinə digər baş mükafatı stolüstü tennisdə Abdullah Öztürk yazdırıb. Oyunlara 87 nəfərlik heyətlə qatılan qardaş ölkə millisinin "səbət"ində 4 gümüş, 9 bürünc medal da var.
Sahib Əsədbəyli