Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının daha bir qrupu Bakıya qayıdıb.
Fanat.Az xəbər verir ki, Oyunlarda 3 qızıl medal qazanan üzgüçü Roman Saley, digər Paralimpiya çempionları Vəli İsrafilov (üzgüçülük), Orxan Aslanov (atletika, uzunluğatullanma), həmçinin 7-ci olan Samir Nəbiyevlə (atletika, nüvəitələmə) Əbülfəz Abuzərlinin (taekvondo) Heydər Əliyev adına Beynəlxalq Aeroportda qarşılanma mərasimi keçirilib.
Mərasimdə Milli Paralimpiya Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, idmançılarımızın ailə üzvləri və mətbuat nümayəndələri iştirak edib.
Komandamızın digər qrupu sentyabrın 7-də vətənə dönəcək.
Qeyd edək ki, yığmamız Paralimpiadanı 14 qızıl, 1 gümüş, 4 bürünc medalla 163 ölkə arasında 10-cu sırada başa vurub.
Sahib Əsədbəyli