Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının son qrupu Bakıya qayıdıb.
Fanat.Az xəbər verir ki, Oyunlarda 1 qızıl və 1 gümüş medal qazanan atlet Lamiyə Vəliyeva, digər atlet Yuliya Yanovskaya, həmçinin güllə atıcıları Kamran Zeynalovla Yelena Taranovanı Heydər Əliyev adına Beynəlxalq Aeroportda Milli Paralimpiya Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları və idmançıların yaxınları qarşılayıb.
Qeyd edək ki, Azərbaycan Paralimpiadanı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Millimiz medal sıralamasında 10-cu olub.
Sahib Əsədbəyli