Tokio 2020 Yay Paralimpiya Oyunlarının ikiqat çempionu, üzgüçü Andrey Nikolayev idmançıların Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı dövlət başçısından pasportunu imzalamasını istəyib.
Fanat.Az "R-Sport"a istinadən xəbər verir ki, RF prezidenti idmançının bu istəyini yerinə yetirə bilməyəcəyini deyib:
"Pasporta? Pasporta yox, pasport sənəddir. Nə edirsən, xarab edərik?! İmzalaya bilmərəm".
Həmin epizodun videogörüntüsünü təqdim edirik:
Nikolaev qeyd edib ki, Putin onun istəyini yerinə yetirsəydi, prezidentin iki imzası olan dünyada yeganə pasportun sahibi olacaqdı.
Emin Şəmsiyev