"Turan Tovuz" - "Fənərbağça" oyununa nə qədər bilet satıldığı bilindi - SON DURUM

"Turan Tovuz" - "Fənərbağça" oyununa nə qədər bilet satıldığı bilindi - SON DURUM

"Turan Tovuz" ilə Türkiyənin "Fənərbağça" komandası arasında keçiriləcək yoldaşlıq oyununa nə qədər bilet satıldığı bəlli olub. Klubdan Fanat.Az -a verilən məlumata görə, hazırda 21 minə yaxın bilet satılıb. Qeyd ki, azarkeşlər Birbilet.az platforması üzərindən istədikləri sektoru və yeri seçərək biletləri onlayn əldə edə bilərlər. 3, 4, 5 və 6-cı sektorlar “Turan Tovuz”un, 23, 24, 25 və 26-cı sektorlar isə “Fənərbağça”nın fan-klubları üçün ayrılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma oktyabrın 3-də saat 20:00-da start götürəcək. Əlavə edək ki, “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər