"Turan Tovuz"un sabiq kapitanı zədələndi

"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Bu yay "Turan Tovuz"dan ayrılan və yekunda 1-ci Liqa təmsilçisi MOİK-ə keçən müdafiəçi Şəhriyar Əliyev zədələnib.
Bu barədə Fanat.Az-a "hərbçilər"in sözçüsü Araz Əhmədov məlumat verib.
Klub rəsmisi arxa xətt oyunçusunun ayaq barmağında problem yarandığını bildirib. Bu səbəbdən kollektiv məşqlərdən kənarda qalan Şəhriyarın 1-ci Liqanın 4-cü turunda "Mingəçevir"ə qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir.
Qeyd edək ki, MOİK - "Mingəçevir" qarşılaşması oktyabrın 9-da keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq matçın start fiti 15:30-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər