Avstriyada ulduzu parlayan 2003-cü il təvəllüdlü Yusuf Demir artıq böyük klubların maraq dairəsindədi.
Fanat.Az xəbər verir ki, iki mövsümdü yetirməsi olduğu Vyana "Rapid"inin əsas heyətinə yüksələn 17 yaşlı türk futbolçu performası və vurduğu qollarla özündən söz etdirir.
İtaliya mediasının məlumatına görə, "10 nömrə" mövqeyində çıxış edən "Yeni Messi" ləqəbli futbolçuya Avstriyanın "Zalsburq" və İtaliyanın "Yuventus" klubundan təkliflər var. "Rapid" onun üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Yusuf Demir bu mövsüm "Rapid"in əsas komandasında oynadığı 17 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Avstriyanın U-17 və U-19 millilərində çıxış etmiş futbolçu hələlik əsas yığma komanda ilə bağlı seçimini etməyib. Ona Avstriya və Türkiyə millilərindən təklif var.