Azərbaycanlı döyüşçü Rafael Fiziyev ilk dəfə Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ”ın qonağı olub.
Fanat.Az xəbər verir ki, tanınmış idmançımız “Qarabağ” klubunun bazasında baş məşqçi Qurban Qurbanov və müdafiəçi Bəhlul Mustafazadə ilə görüşüb.
Fiziyev klubun bazasında əvvəlcə Qurbanovla bir araya gəlib. Baş məşqçı döyüşçünü stadionla tanış edib. Qurban Qurbanov azərbaycanlı döyüşçüyə Ağdam klubunun “11” nömrəli formasını hədiyyə edib. Fiziyev də öz növbəsində “Qarabağ”ın baş məşqçisinə UFC-nin rəsmi əlcəklərini təqdim edib.
Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur “tirə zərbə” oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziyev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.
47,3 milyon izləyicisi olan UFC-nin rəsmi “Instagram” səhifəsində bu tədbirdən foto və videolar paylaşılıb.