Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşünün harada keçiriləcəyi yaxın günlərdə məlum olacaq.
Fanat.Az xəbər verir ki, rus döyüşçü Əli Abdel-Əzizə açıqlamasında bu barədə məlumat verib:
"Dünən Deyna Uaytla danışdım. Ferqyusonla döyüşün baş tutması üçün mümkün olan hər şeyi edəcəyini bildirdi. Bir neçə gündən sonra Uayt döyüşün harada keçiriləcəyini deyəcək".
Qeyd edək ki, Nyu-Yorkda keçirilməli olan döyüşün məkanı koronavirus pandemiyası səbəbindən dəyişdiriləcək.
Fanat.Az