UFC rəhbəri Deyna Uayt "Reddit" formunda qonaq qismində iştirak edib və MMA azarkeşləri ilə söhbətləşib.
Azarkeşlərdən biri funksionerdən kimlər arasında revanş döyüşü təşkil etmək istədiyini soruşub. Fanat.Az xəbər verir ki, Deyna yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov və kəmərin sabiq sahibi Konor Makqreqorun yenidən döyüşməsinin tərəfdarı olduğunu bildirib:
"Mən Konor - Həbib döyüşünü görmək istərdim. Makqreqor bu döyüşün reallaşmasını çox istəyir. Mən də eynisini arzulayıram".
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında keçirilən döyüşdə Nurməhəmmədov Makqreqordan güclü olmuşdu.
Fanat.Az