15:53 07.12.2018 741

Ukrayna(lılar)dan nəyimiz əskikdir?

İlqar Tağıyev

VƏ YA 0:7 HESABLI MƏĞLUBİYYƏTİN SƏBƏBLƏRİ

Sentyabrda U-17 yığmamız Ukraynalı həmyaşıdları ilə 2 yoxlama oyunu keçirdi. Bir müddət Ukraynada təlim-məşq toplanışı keçən komandamız ayın 18-i Ukrayna ilə ilk görüşdə qapısından 7 cavabsız qol buraxdı. Halbuki rəqib oyuna cəmi 2 gün hazırlaşmışdı. 2 gün sonra baş tutan qarşılaşmada isə hesab 0:3 oldu. 2 oyuna 10 cavabsız qol! Çoxları kimi məni də hesablardan doğan bir neçə sual maraqlandırırdı: Ukraynalılar çox güclü idilər? Ya millimiz heç nəyə qadir deyildi? Görəsən, ukraynalı uşaqlar nə yeyib, nə içirlər ki, bizimkiləri darmadağın edirlər? Uşaq futbolumuzun acınacaqlı vəziyyətdə olması üzündən 17 yaşlılarımız biabırçı vəziyyətə düşdülər? Bəlkə bunun nəticəsidir ki, bir müddət sonra U-21 yığmamız Ukraynanın 20 yaşlılarına «ev»də 0:1 hesabı ilə məğlub oldu?.. 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində «Vorskla»nın qonağı olmuş «Qarabağ»ın Poltava səfərinə apardığı jurnalistlərin arasında bəndəniz də var idi. Mənim üçün «Qarabağ»ın çıxışı ilə yanaşı «Vorskla»nın uşaq futbol məktəbi, Ukraynada uşaq futbolu ilə bağlı məlumatlar toplamaq da maraqlı. Ki, bəlkə yuxarıdakı suallara cavab tapa bildim. «Vorskla»nın Uşaq-Gənclər Futbol Məktəbi ilə tanış oldum, məşq prosesi və komandalarının 2 oyununu izlədim, Ukraynada liqalarla bağlı maraqlı məlumatlar əldə etdim. Təəccüblü nəyəsə rast gəlmədim. Oranın uşaq futbolundakı vəziyyət bizdəki ilə əkiz qardaşdır. Oxşar problemlər, bənzər çatışmazlıqlar, eyni vəziyyət… Bəs, o halda bizimkilər niyə onlara 0:7 hesabı ilə uduzurlar? Niyə 2 oyuna 10 qol buraxırlar? «Vorskla», Ukraynada uşaq futbolu, bu ölkənin liqaları ilə bağlı gördüklərimi və öyrəndiklərimi yazmaqla yanaşı, müəyyən məqamlarda müqayiəsələr aparacam ki, bəlkə suallara bir yerdə cavab tapa bildik.

Yurdsuz-yuvasız «Vorskla»

Poltavada səhər uşaqların səs-küyü ilə açıldı. Məskunlaşdığımız «Ukrayna» otelinin pəncərəsi «Dinamo» stadionuna baxırdı. Səhər saat 8-də məşq olar? Demə, olarmış. Şaxtalı havada, qırov bağlamış süni örtüklü meydanda balacalar məşqə yenicə başlamışdılar. Bir qədər sonra meydanın kənarında idim. Səhər tezdən yuxularına haram qatanlar «Vorskla»nın U-15 komandasının futbolçuları və məşqçisi idi. Bizim komandaların məşqlərindən demək olar ki, heç nə ilə fərqlənmirdi. Yüngül qaçış, isinmə hərəkətləri, müxtəlif təmrinlər, ikitərəfli oyun, vəssəlam. Sonradan bu stadionda uşaqların əyalət birinciliyinin 2 oyununu da izləyəcəkdim. Oyun baxımından da bizimkilərlə nəsə fərq görmədim. Sanki U-16 Liqamızda «Keşlə» - «Səbail» oyununa baxırdım. Uşaqlar eyni, komandaların səviyyəsi eyni, oyun eyni… Yeganə fərq məşqçilərin bizim bəzi məşqçilər kimi hər səhvdə uşaqların üstünə qışqırması əvəzinə oyunu sakit, təmkinlə izləməsi idi. Doğrudur, hərdən onlar da öz-özlərinə deyinirmişlər kimi səhv eləyən uşağın valideynlərinin birinin ünvanına 3 sözdən, 10 hərfdən ibarət «çiçək dəstəsi» gönədrirdilər. Amma bu, onlarda adi haldır, alışıblar. 

«Vorskla»nın aşağı yaş qrupları ilə bağlı ətraflı məlumatı klubun futbol məktəbinin direktoru Vahab Adiloviç Qasımovdan aldım. Özünü bizə azərbaycanlı kimi təqdim etdi. Bu, ad-soyadından da açıq-aşkar görünür. Sonradan öyrəndim ki, atası azərbaycanlı, anası isə ermənidir. Adil Qasımov bakılı balası olub. Hələ SSRİ dövründə Ukraynaya köçüb. Həmsöhbətim Ukraynada dünyaya gəlib, böyüyüb boya-başa çatıb, ailə qurub. Vahab Adiloviçin dünyasını dəyişmiş anası ilə işim yoxdur, məni «Vorskla»nın futbol məktəbindəki vəziyyət maraqlandırırdı ki, həmsöhbətim həvəslə bu barədə geniş məlumat verdi: «Ukraynadakı bütün klubların nəzdində fəaliyyət göstərən məktəblərdə olduğu kimi bizdə də planlaşdırılmış hazırlıq işi aparılır. Məktəbdəki komandalar 3 yaş qrupuna bölünür – ilkin hazırlıq, baza hazırlığı  və ixtisaslaşdırılmış hazırlıq qrupu. 1-ci qrupa uşaqları 8 yaşından qəbul edirik və 10 yaşa kimi futbolla tanış olurlar. 11-13 yaşlarında ilkin baza hazırlığı keçirlər. Bu, 2-ci qrupdu. Nəhayət, 3-cü qrupa 14 yaşından yuxarı futbolçulardan təşkil olunmuş komandalar daxildir. Bu qrupa ixtisaslaşdırılmış hazırlıq qrupu desək, daha dəqiq olar. 17 yaşına çatmış və özlərini göstərə bilmiş futbolçular artıq növbəti mərhələdə peşkar futbolçu kimi U-19 və əvəzedici heyətə qəbul olunurlar».  

Vahab Adiloviçin sözlərinə görə, ilkin hazırlıq qrupunda hər yaş üzrə komandalarda uşaqların sayına məhdudiyyət qoyulmur. Hər komanda ilə 2 məşqçi işləyir. Növbəti mərhələdə komandalardakı futbolçuların sayı azalır. Başqa sözlə, perspektivli uşaqlar saxlanılır, zəifləri isə kobud dillə desək, uzaqlaşdırılırlar. Hər qrupda minimum 18, maksimum 25 futbolçu olur. Onlara isə cəmi 1 məşqçi nəzarət edir. Köməkçi məşqçi olmur. Maaşları yüksək deyil. Təxminən 6-7 min qrivin. Bizim pulla 360-430 manat. Məvacibin az olmasına baxmayaraq, məşqçilər işlərinə vicdanla yanaşırlar. Çünki xırda «çp» onların işsiz qalması ilə nəticələnə bilər. İşsiz qalmaq qorxusu məşqçilərin valideynlərdən rüşvət alması hallarını minimuma endirib. Həmsöhbətim praktikasında hələ bu halla qarşılaşmadığını deyir. Məktəbdə işləyən bütün məşqçilər B kateqoriyalıdırlar. Yalnız Vahab Adiloviç və U-14 komandasının məşqçisi Aleksandr Yejakov A kateqoriyalı məşqçilərdi. Yeri gəlmişkən, Yejakov Ukraynanın uşaq futbolunda tanınmış simadır. Əməkdar məşqçi olan bu insanın bir çox futbolçuların yetişməsində zəhməti var. Ukrayna millisinin üzvü Andrey Pyatov, «Vorskla»nın kapitanı Vladimir Çesnakov onun tələbələridir. 

8-10 yaşlı futbolçular həftədə 3 dəfə məşq keçirlər. Həftəsonu isə şəhər və ya əyalət çempionatında 1 oyun keçirirlər. Çempionat olmayanda isə yoxlama görüşlərində qüvvələrini sınayırlar. 11-13 yaşlılarda həftədə 4 məşq və 1 oyun, 3-cü qrupda isə 5 məşq və 1 oyun nəzərdə tutulub. Bütün yaş qruplarında məşqlər «Dinamo» stadionunun süni örtüklü meydanında keçirilir. Oyunlar da həmçinin. Çünki klubun başqa meydanı yoxdur. «Dinamo»nu isə icarəyə götürüblər.

«Vorskla» və «Qarabağ»: fərqli səviyyə, eyni problemlər

Ərazisinə görə Poltava vilayəti Ukraynanın ən böyük vilayətlərindən biridir. Poltava şəhəri isə o qədər də böyük deyil. Cəmi 300 min əhalisi olan şəhərdə 3 futbol məktəbi fəaliyyət göstərir. «Vorskla»nın futbol məktəbindən başqa şəhər meriyasının nəzarətində olan «Molod» və İvan Qorpınko adına Uşaq-Gənclər İdman Məktəbi. Yeri gəlmişkən, İvan İvanoviç Qorpınko Poltavada uşaq futbolunun əsasını qoymuş şəxsdir. 2-ci Dünya Müharibəsindən sonra, daha dəqiq, 1951-ci ildə məhz Qorpınko əyalətdə uşaqlardan ibarət ilk futbol qrupunu yaradıb. Digər 2 məktəb «Vorskla» ilə müqayisədə zəifdilər. Oradakı istedadlı, perspektivli uşaqlar klubun məktəbinə götürülür. Və ya «oğurlanır». Təbii ki, müəyyən kompensasiya qarşılığında. Oxşar halla «Vorskla»nın özü də qarşılaşır. Klubun məktəbinin bacarıqlılarını Ukraynanın ən yaxşı futbol akademiyaları ələ keçirirlər. Yenə də müəyyən kompensasiya qarşılığında. Müəyyən deyəndə, Ukrayna Futbol Federasiyasının müəyyən etdiyi məbləğə. Qaydalara görə, gənc futbolçunun transferi üçün onu yetirşirən məktəbə 20 min qrivin ödənilməlidir. 1.200 manatdan azacıq çox. Bu, məktəbin futbolçu üçün çəkdiyi illik xərcdir və federasiya tərəfindən müəyyənləşdirilib. 

Məktəb Ukrayna çempionatında çıxış edən komandaların futbolçularını geyim dəstləri ilə təmin edir. İldə 4 dəfə Tibbi Dispanserdə tibbi yoxlanışdan keçirlər. Perspektivli futbolçularla 16 yaşlarından etibarən peşəkar müqavilə bağlanır. Müqaviləyə əsasən onlara nəzərdə tutulan minimum maaş – 200 dollar ödənilir. Futbolçu əsas komandaya yaxınlaşdıqca, təbii ki, məbləğ də artır. Bunu həm də ona görə edirlər ki, futbolçular başqa klublara qaçmasınlar. 

«Vorskla»da təkcə Poltava şəhərinin deyil, əyalətin digər şəhər və qəsəbələrindən  uşaqlar var. Klub həmin uşaqları dövlətin nəzdində olan İdman təmayüllü İnternat Məktəbdə yerləşdirib. 5 il əvvəl internat məktəbi ilə razılaşmaya əsasən kluba 40 nəfərlik yer ayrılıb. Otaqlarda təmir işləri aparıb, uşaqların qalmaları üçün hər cür şərait yaradılıb. Əyalətdən gələnlər orada yaşayırlar, həm də təhsil alırlar. Vitaminizasiya ümumiyyətlə, yoxdur. Bu da klubun maliyyə vəziyyəti ilə əlaqədardır. Vahab Adiloviç uşaqların ev şəraitində daha yaxşı qidalana biləcəklərini etiraf edir. Hər halda məktəbə də onları ac saxlamırlar. Gündə 5 dəfə yemək verilir. Başqa sözlə, klubun özünün akademiyası yoxdur, məktəbdəki şərait isə ideal deyil. Tətil günlərində uşaqların hamısı bir nəfər kimi evlərinə göndərilirlər. Əlavə xərc çəkməmək üçün. «Vorskla»nın maliyə vəziyyətini və şəhərdə yaşayış səviyyəsini nəzərə alsaq, bunu normal qəbul etmək olar. Bəs, «Vorskla»nın rəqibi «Qarabağ»da vəziyyət necədir? Axı, «Vorskla»nı «Qarabağ»la, Poltavanı isə nəinki Bakı, heç Gəncə və ya Sumqayıtla müqayisə etmək gülünc olardı. Təəssüf ki, hər iki klubun futbol məktəbindəki vəziyyət oxşardır. Azərbaycanın 1 nömrəli klubunun da futbol akademiyası yoxdur. Bütün yaş qrupları məşqləri və oyunları fərqli məkanlarda keçirirlər – Tofiq Bəhramov adına Respublika stadionu, «Sərhədçi»nin meydanı, Binə qəsəbə stadionu… Rayonlardan gələn uşaqlar «Ruslan-93»də məskunlaşıblar. Hələ bu harasıdır? 

Öz yetirməsi olmayan «Qarabağ»

Neçə ildir fəaliyyət göstərən futbol məktəbinin bir yetirməsi belə bu gün «Qarabağ»ın heyətində Avropa səhnəsinə çıxmayıb. Haşiyə çıxım, 3 il əvvəl uşaq futbol liqalarının yekunu ilə bağlı yazı hazırlayırdım. Həmin vaxt «Qarabağ»ın aşağı yaş qruplarından yalnız U-10 komandası iştirak etdiyi birincilikdə mükafatçılar sırasına düşə bilmişdi. «Sonbeşiklər» 3-cü yeri tutmuşdular. «Qarabağ»ın Avroliqanın qrup mərhələsində oynadığı bir vaxtda. Bununla bağlı məktəbin o vaxtı koordinatoru Emil Sueldən münasibət öyrənəndə o, sualımızı belə cavablandırmışdı: «Bizdə nəticə önəmli deyil, məqsədimiz əsas komanda üçün futbolçu yetişdirməkdir». «Bəs, indiyə kimi hansı futbolçunu yetişdirmisiniz? Axı, «Qarabağ»ın əsas komandasının heyətində klubun öz məktəbinin 1 yetirməsi belə yoxdur» sualımı isə Emil bəy susmaqla cavabsız qoymuşdu. Əvəzində 2-3 ilə məktəbin yetişdirdiyi futbolçuların əsas komandada oynayacağına inandığını söyləmişdi. Üstündən 3 il keçib. «Qarabağ»ın qrupda keçirdiyi 5 oyunun protokolların adı keçən azərbaycanlıların siyahısına baxaq. Cəmi 10 nəfərdilər. Onlardan Bədavi Hüseynovla Şahruddin Məhəmmədəliyevin mənşəyi məlumdur. Rəşad Sadıqov «Qarabağ»la heç bir əlaqəsi olmayan Vaqif Paşayevin, Coşqun Diniyevlə Abbas Hüseynov «Keşlə»nin, Araz Abdullayevlə, Rail Məmmədov «Neftçi»nin, Mahir Mədətov isə rəhmətlik «Bakı»nın yetirməsidir. Doğrudur, Maksim Medvedev və Qara Qarayev uyğun olaraq 2004 və 2008-ci ildən Ağdam təmsilçisindədirlər və karyeralarını bu kluba həsr ediblər. Amma söhbət son 10 ildə, «Qarabağ»ın ayağa qalxdığı dövrdən bu yana yetişdirdiyi futbolçulardan gedir. 
Maraq üçün deyək ki, «Qarabağ»la oyunda «Vorskla»nın heyətində meydana çıxan Aleksandr Çijov və Vladimir Çesnakov klubun öz «bağının məhsuludu». Başqaları da var. Qapıçı Dimitri Reznik, onun adaşı Kravçenko və Vladimir Odaryuk. Demək ki, «Vorskla»nın futbol məktəbində iş gedir, futbolçu yetişir. «Qarabağ»ın futbol məktəbində də iş gedir, fəaliyyətsizlik hökm sürmür. Bütün yaş qrupu üzrə komandalar var, futbolçular idman geyimləri və inventarla təmin olunurlar, futbolçu yetişdirilir və s. Amma təəssüf doğurucu məqam bu boyda klubun özünün akademiyasının olmaması, yetişdirdiyi futbolçuların əsas komandaya cəlb olunmamasıdır. Yəqin ki, klub rəhbərliyi yazdıqlarımızın fərqindədir. 

Guya o biri klublarımızda vəziyyət yaxşıdı?

Problem təkcə «Qarabağ»la bitmir. Ölkənin ən köklü klubu olan «Neftçi»də də vəziyyət eynidir. Uşaq futbol komandaları paytaxtın müxtəlif stadionlarına pərən-pərən düşüblər. Doğrudur, Bakıxanov qəsəbəsində  yeni bazanın tikintisini başa çatdırdıqdan sonra problemin yoluna qoyulacağı, akademiyanın yaradılacağı gözlənilir. Halbuki bu işi «Neftçi»nin  «bərkgedən» vaxtları etmək olardı. Emil Mpenzaya və digərlərinə görə görə havaya sovrulan milyonlara vaxtında akademiya tikilsəydi… 

Və ya ölkənin ən yaxşı futbol məktəblərindən biri hesab edilən «Keşlə»ni götürək. 9 yaş qrupu üzrə komandaların məşqi və oyunları 1 meydanın ümidinə qalıb. «Şəfa»nın 4-cü meydanı dilə gəlsəydi… 

Yaxşı ki, üzümüzü ağ eləyən «Qəbələ»nin futbol akademiyası var. Amma bir güllə bahar olmaz ki. Ukraynada «Qəbələ»nin futbol akademiyasından yaxşı vəziyyətdə olan 3-4 futbol akademiyası fəaliyyət göstərir ki, bu da rəqabətdən xəbər verir. «Dinamo», «Şaxtyor» və «Dnepr»in futbol akademiyalarını nəzərdə tuturuq. Digər klubların da akademiyalar var. Əksər klublarda isə vəziyyət «Vorskla»da və bizdə olduğu kimidir.

18 oyunluq çempionat

Ukrayna ərazicə böyük ölkədir. Ölkənin bir başından digər başına məsafə çox uzaqdır. Bu da komandaların oyunlara gediş-gəlişində həm vaxt, həm də maliyə baxımından problemlər yaradır. Bu üzdən liqalarda yarışlar dairəvi deyil, qrup sistemi ilə keçirilir. U-14 Liqasından başlayaraq U-17 Liqasına kimi komandalar 2 dəstədə mübarizə aparırlar – yüksək və 1-ci dəstə. Yüksək dəstədə hər yaş qrupunda hərəsində 10 komanda olmaqla 4 zona var – Qərb, Mərkəz, Cənub və Şimal. Maraq üçün deyək ki, «Vorskla»nın komandaları ən güclü Mərkəz zonasında çıxış edirlər. Bu zonada həmçinin, ölkənin sayılıb-seçilən futbol akademiyaları olan «Dinamo» (Kiyev), «Şaxtyor» və «Dnepr»in uşaq futbol komandaları mübarizə aparırlar. Ukrayna Premyer Liqası və 1-ci dəstəsində mübarizə aparan klubların futbol məktəblərinin və akademiyalarının komandaları yüksək dəstədə çıxış edirlər. Yarışlar 2 dövrədə keçirilir. 1-4-cü yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanmaq üçün daha 2 oyun oynayırlar. Məsələn, A qrupunun birincisi B qrupunda 4-cü yeri tutan komanda ilə və əksinə. Qrup ikinciləri isə 3-cü yerin sahibləri ilə görüşür. Nəticədə final mərhələsinə 8 komanda yüksəlir ki, burada qalibi müəyyən etmək üçün olimpiya sistemi işə salınır. 

Hansısa yaş qrupunda ilk dördlüyə düşmək o demək deyil ki, komanda final mərhələsinə çıxacaq. Səbəbi budur ki, futbol məktəblərinin 4 yaş qrupu üzrə komandalarının yığdıqları ümumi xallar toplanır və zonada ilk 4 yeri tutanlar final mərhələsinə keçid oyunlarında iştirak hüququ qazanırlar. Bir qədər açıqlayaq. Hesab edək ki, qrup mərhələsi başa çatdıqdan sonra «Vorskla»nın U-17 komandası bütün rəqiblərini məğlub edərək 18 oyundan 54 xalla birinci yeri tutacaq. Klubun U-14, U-15 və U-16 komandaları isə hər biri 10 komanda arasında 9-cu olmaqla hərəyə 15 xal toplayacaq. Yekunda bu 4 komandanın ümumi yığdığı xal 99 edəcək. O cümlədən digər klubların da 4 komandasının yığdığı xallar cəmlənəcək. Əgər 99 xal «Vorskla» üçün ilk dördlüyə düşməyə bəs edəcəksə, o halda bütün komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Yox, bəs etməzsə… Bütün oyunlarda qalib gələn U-17 komandası da daxil olmaqla 4 yaş qrupu üçün çempionat başa çatacaq. Əslində, bu, anormal haldır. Ukraynada uşaq futbolunun başbilənləri guya klubların maddi vəziyyətini düşünərək bu addımı atıblar. Fikrimizcə, çempionatın ən böyük çatışmazlıqlarından biri məhz budur. Başqaları da var. Onlardan biri oyunların sayı ilə bağlıdır. Hansısa yaş qrupunda qalib və finalçı komanda final mərhələsindəki oyunları da daxil etsək, maksimum 24 rəsmi oyun keçirir. Qrup mərhələsində «ilişənlər» isə 18 oyunla kifayətlənməli olurlar. Həddən artıq azdır. Ukrayna klubları bu çatışmazlığı komandalarını əyalət birinciliyinə buraxmaqla aradan qaldırmağa çalışırlar. Poltavada olduğum müddətdə belə oyunlardan birini izləmək imkanım oldu. «Vorskla»nın U-16 komandası əyalət birinciliyində «Molod»un 2002-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşırdı. Oyun «Molod»un 1:0 hesablı qələbəsi ilə başa çatdı. Vahab Adiloviç 16 yaşlıların özlərindən 2 yaş böyüklərin çempionatında oynamasını əyalət birinciliyinin iştirakçılarının onların məktəbinin komandalarından qat-qat zəif olması ilə izah etdi. Bu üzdən uşaqlar özlərindən 1-2 yaş böyüklərin çempionatına buraxılırlar. Yaşıdları ilə oynasalar böyük hesablar, darmadağınlar qeydə alınacaq ki, bu da uşağıq inkişafı üçün heç bir xeyir verməyəcək. Özlərindən böyüklərlə oynayanda isə «artım» daha realdı.

Üstün məqamlara gəlincə, birini qeyd edək. Oyun həftəsində bir məktəbin komandaları mütləq digər məktəbin komandaları ilə görüşməlidirlər. Vahab Adiloviç söhbət zamanı növbəti turda Kiyev «Dinamo»sunun akademiyasının komandaları ilə görüşəcəklərini söylədi. «Vorskla»nın U-14 və U-16 Kiyevə gedəcəkdilər. U-15 və U-17 komandaları isə «Dinamo»lu həmyaşıdlarını qəbul edəcəkdilər. Təbii ki, bu da klubların maliyə vəziyyətinə görə atılmış addımdır. Əslində, doğrudur. Təsəvvür edin ki, «Vorskla»nın 4 yaş qrupu üzrə komandasının hamısı eyni turda səfərə gedir. Gerisini yazmağa ehtiyac yoxdur.  

Onlarda 120 komanda var, bizdə isə 12

Bir qədər də 1-ci dəstə haqqında. Burada yarışlar 2 yaş qrupu üzrə keçirilir - 14-15 yaşlılar və 16-17 yaşlılar. 1-ci dəstədə əsasən dövlətin nəzarətində olan UGİM-lərin komandaları yarışırlar. Hər yaş qrupunda 8 zona var. Hər zonada 10 komanda mübarizə aparır. Yalnız zona qalibləri final mərhələsinə vəsiqə əldə edirlər. Püşk atılır və komandalar olimpiya sestemi ilə qalibi müəyyənləşdirmək uğrunda yarışırlar. Fikir verdinizsə, Ukraynada 1 yaş qrupu üzrə yüksək dəstədə 40, 1-ci dəstədə isə 80 komanda var. Cəmi 120 komanda. Bəs, bizdə? Ukraynaya 0:7 hesabı ilə məğlub olan futbolçularımızın oynadığı U-17 Liqasında 12 komanda mübarizə aparır. Kimsə iddia edə bilər ki, Ukrayna həm əhalisinə, həm də ərazisinə görə Azərbaycanı dəfələrlə üstələyir. Bu üzdən komandaların da 10 dəfə çox olması normaldı. Əslində, məntiqli iraddı. Amma nəzərə alaq ki, Ukraynada istər yüksək dəstə olsun, istərsə də 1-ci, hər bölgənin azı 2 təmsilçisi var. Bizim balaca ölkədə isə…  U-15 və U-16 liqalarından hər birində 4-ü, U-17 Liqasında isə 12 komandadan 3-ü bölgələri təmsil edir. Təbii ki, «Qəbələ» istisnadır. Üstəlik, bu komandaların hamısı turnir cədvəlinin zirzəmisindədir. Əksəriyyəti isə hər oyunda 4-5 qol buraxmaqla «qapazaltı» funksiyasını daşıyırlar. Başqa bir acınacaqlı fakt: 3 liqada şimal bölgəsini cəmi 1, cənub bölgəsini 2 komanda təmsil edir. Mingəçevir, Şəmkir, Qazax, Yevlax, Qusar və digər futbol ənənələri olan şəhərlərdən isə ümumiyyətlə, təmsilçi yoxdur. 
Oyun sayları ilə bağlı vəziyyət oxşardı. U-15 və U-16 liqalarımızda hər komanda mövsüm ərzində 26, U-17 Liqasında isə 22 oyun keçirməlidir. Ukraynada qarşılaşmaların oynanıldığı stadionların vəziyyəti haqqında ətraflı məlumat toplaya bilməsəm də, özümüzün stadionlarından bilgim yetərincədir. Görün harada futbolçu yetişdiririk? «Sərhədçi»nin və «Neftçi Baza»nın standartlara uyğun gəlməyən, Gəncə TİM-nin, İmişlidə ulu öndər Heydər Əliyevin adını daşıyan stadionların kələ-kötür meydanlarında, «Şəfa»nın betonlaşmış süni örtüklü 4-cü meydanında… Siyahını uzatmaq olar. 
 
Bizimlə müqayisədə Ukraynada liqaların oyunları şənbə-bazar günləri keçirilir. Uşaqlar dərsdən qalmırlar. Bizdə isə hələki bu yöndə addımlar indi-indi atılır ki, buna da şükür etməkdən başqa çarəmiz qalmır. Ötən ilə kimi U-16 və U-17 liqalarında oyunlar uyğun olaraq cümə axşamı və bazar ertəsi keçirilirdi. Bu ildən U-17-lərin oyunları həftəsonuna salındı. Qalır U-16 Liqası. Onu da deyilənə görə növbəti mövsümdən etibarən istirahət günlərinə keçirəcəklər.

Ukraynada liqalar sentyabrın ilk həftəsində start götürür. Noyabrın ortasında isə fasilə yaranır. 2,5 aylıq dövrdə ilk dövrə ilə yanaşı 2-ci dövrənin 2 oyunu keçirilir. Yarışların bir daha apreldə «buzu açılır» və mayın sonuna kimi qrup mərhələsinə yekun vurulur. Final mərhələsi isə iyunun ortalarına kimi başa çatır. Fikir verdinizsə, qış aylarında komandalar 4-5 ay futbolçuz qalırlar. Ukraynada qışın bizimlə müqayiəsədə sərt keçməsini nəzərə alsaq, bu, normaldı. Bu müddətdə komandalar məşqlərindən qalmırlar, ölkədaxili müxtəlif turnirlərdə yarışırlar ki, futbolçular «paslanmasınlar». Hər turnir kluba 30-40 min qrivinə (1800-2500 manat) başa gəlir. Az məbləğ olmasa da, «Vorskla» rəhbərliyi uşaqların xətrinə bunu edir. Bəs, bizdə vəziyyət necədir? Azərbaycanın iqlimi mülayimdi, qışı sərt deyil. Yəni, futbol oynamaq olar. Bu il liqalarda oyunlar sentyabrın 2-ci yarısında başlayıb. Dekabrın sonuna kimi davam edəcək çempionat «qış yuxusu»ndan cəmi 4 həftə sonra ayılır. Bu, U-16 Liqasına aiddir. U-15 Liqasında istirahət ayyarım, U-17 Liqasında isə 2 ay çəkəcək. Hər 3 birincilik aprelin sonuncu həftəsi başa çatır. Demək ki, növbəti mövsüm başlayana kimi 5 aya yaxın fasilə yaranır. Hələ bu, harasıdır? U-14 Liqasına kimi final mərhələsinə vəsiqə qazanmayan komandalar dekabrdan sonra tamamilə futbolsuz qalırlar. Bu da son deyil. Heç eşitmisiniz ki, hansısa komanda 1 oyun keçirdikdən sonra reqlamentə görə çıxışını dayandırsın, 1 il növbəti mövsümü gözləsin? Azərbaycanda mümkündür. Bu və liqalardakı çatışmazlıqlar barədə növbəti yazımızda daha ətraflı yazacağıq. İndi isə mövzunu mövzuya qatmayaq.

Klubların öz komandalarını turnirlərə göndərməyinə gəlincə, «Qəbələ», «Sabah», «Neftçi» İK İB və qismən «Neftçi»lə «Qarabağ»ı çıxmaq şərtilə heç bir klub məktəbin hansısan aşağı yaş qrupunu ölkə xaricinə göndərmir. Ya buna imkanı çatmır, ya da maraqlı deyil. Təsəvvür edin ki, son 7-8 ildə «Keşlə»nin bir komandası belə klubun hesabına ölkə xaricinə göndərilməyib. Həddən artıq az sayda ölkədaxili turnirlər turnirlər təşkil olunur. O da paytaxt təmsilçilərinin iştirakı ilə. Komandalar qalırlar yalnız AFFA-nın keçirdiyi yarışların ümidinə.

U-17 millimizdə cəmi 1 «Qarabağ»lı var

Bir neçə kəlmə də Ukraynanın aşağı yaş qrup milliləri haqda. Dost ölkədə uşaqlar 15 yaşından etibarən milliləşdirilirlər. Bütün yaş qruplarının əksəriyyəti 2 klubun futbol akademiyasının – «Dinamo» və «Şaxtyor»un bazası əsasında formalaşdırılır. Misal üçün komandamızı 10 qola «qonaq edən» Ukraynanın U-17 millisinin heyətində 20 futbolçudan 11-i «Dinamo»nun, 7-i isə «Şaxtyor»un yetirməsi idi. Qalan 3 futbolçunun 2-i isə «Dnepr»in. Ukraynalılarda cəmi 1 legioner futbolçu var idi. O da Minsk «Dinamo»sundan Maksim Şevçenko. Soyadından da göründüyü kimi təmiz ukraynalıdı. İndi gəlin bizim yığmanın heyətinə fikir verək. Avropa çempionatının ilkin seçmə mərhələsin hazırlaşan yığmamızın baş məşqçisi Ramin Quliyevin dəvət etdiyi 22 futbolçudan 8-i «Qəbələ»nin, 4-ü «Keşlə»nin, 4-ü «Neftçi»nin, qalan 6 futbolçudan 3-ü Rusiya və Ukrayna futbolunun yetişdirdikləri azərbaycanlılar idi. «Qəbələ»nin futbol akademiyasını ən azından «material» və «iş həcminə» görə «Dinamo» və «Şaxtyor»la müqayiəsi etmək doğru olmaz. Hər iki klubun akademiyası bütün Ukraynada olan istedadları toplayıb yetişdirməklə məşğuldur. Hətta ölkə kənarından perspektivli futbolçular da akademiyaya cəlb edirlər. Yəni, onların bir baş üstün olduqları aydındır. «Dnepr»in futbol akademiyası ilə «Neftçi» və «Keşlə»nin futbol məktəblərini isə müqayisə etmək ümumiyyətlə, gülünc olardı. Bəs, Avroliqada rəqib olan «Vorskla» ilə «Qarabağ»? Bəs, bu klubların futbol məktəbələrinin yetirmələri niyə millilərdə təmsil olunmurlar? Poltava təmsilçisinin futbol məktəbindən cəmi 1 futbolçu milliyə baxışa çağırılıb. O da U-16 yığmasına. «Qarabağ»dan isə… U-17 millimizdə cəmi 1 nəfər «Qarabağ»lı var - Musa Qurbanlı. Amma nəzərə alaq ki, Qurban Qurbanovun oğlu «Qarabağ»ın deyil, «Neftçi»nin yetirməsidir və ötən il Ağdam təmsilçisinə keçib. Digər yaş qruplarına gəlincə, orada da «Qarabağ»ın uzağı 2-3 futbolçusuna rast gəlmək olar. Əksəriyyət «Qəbələ»yə, «Sabah»a, «Keşlə»yə və «Neftçi»yə məxsusdu. 

Qısası, nə «Vorskla»nın, nə də «Qarabağ»ın futbol məktəbində iş istənilən səviyyədə qulumayıb. «Vorskla» ilə bağlı vəziyyət aydındı. Bu klub Ukraynanın adilərindən biridir. «Qarabağ»ın uşaq futbol məktəbinin arzulanan səviyyədə olmamasına nə ad verək? Axı, «Qarabağ» «Vorskla» deyil. Heç «Keşlə», «Səbail» də deyil. Ölkənin ən yaxşı klubunun futbol məktəbinin bu vəziyyətdə olması nə klubun adına yaraşır, nə də nailiyyətlərinə.

Bizimkilər Ukraynaya niyə 0:7 hesabı ilə uduzurlar? 

Uşaq futbolumuz ilə əlaqəli bir neçə mütəxəssislə, aşağı yaş millilərimizi çalışdırmış məşqçilərlə bu barədə müzakirələr apardıq. Ukraynada gördüyüm və mütəxəssislərlə etdiyimi söhbətin nəticəsində gəldiyim qənaət budur ki, millilərin səviyyə fərqinə səbəb olan ən böyük məqam futbol ənənəsi ilə bağlıdır. Ukrayna futbolu həmişə səviyyəsi, infrastrukturu və güclü klubları ilə bizimkilərdən bir baş üstün olub və bu ənənə davam etməkdədir. Uşaq futboluna axıdılan maliyə bizimlə müqayiəsədə az olsa da, bizdən fərqli olaraq düzgün istiqamətləndirilir. Ukraynada futbolun başında futbol adamları dayanır, idarəedicilər naşı deyillər. Ən əsası ölkədə uşaq futboluna istər federasiya, istərsə də klublar səviyyəsində peşəkar və həvəslə yanaşma var. Yenə də bizimkilərdən fərqli olaraq. Məhşur filmdə deyildiyi kimi: «söhbət puldan getmir, əsas «vnimatelni» olmaqdı».

"Het-trik news" qəzeti
 




Oxşar xəbərlər

Xəbər lenti

28 May 2020
21:00

Türkiyə klublarından Azərbaycana təbrik

19:43

Premyer Liqa bu tarixdə bərpa olunacaq

19:28

PSJ-ni "Arsenal"a dəyişir

19:13

Türkiyə Super Liqası ilə bağlı rəsmi qərar açıqlandı

18:15

Sulşer Verneri istəyir, MY rəhbərliyi transferin reallaşacağına inanmır

17:37

"Qalatasaray" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir

17:05

Simeonenin köməkçisi Argentina nəhəngini çalışdıra bilər

16:30

Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

16:04

"Formula 1" üzrə Niderland Qran-prisi təxirə salındı - RƏSMİ

15:47

Mayk Tayson şou proqramda kütləvi dava saldı - VİDEO

15:42

“Qalatasaray” Azərbaycanı təbrik etdi

15:42

"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

15:17

"Neftçi” və “Qarabağ”:100-dən çox böyükhesablı qələbə

15:12

"Şişirdilmiş" futbolçular - TOP-10

14:38

"Yuventus" Pyaniçə görə Frenki de Yonqu "Barsa"dan istəyir

14:10

Makqreqor titul döyüşünə çıxmayacaq - UFC prezidenti icazə vermədi

13:40

"Atletiko"nun daha bir oyunçusu sıradan çıxdı

13:15

MY transferlər üçün kredit götürdü - 140 milyon

13:14

"9 aylıq hamilə olanda..." - FOTOLAR

12:44

Beyl "Real"da qala bilər

12:36

"Qarabağ"ın adı ilə süni manipulyasiya edilir"

12:30

"Şalke"nin növbəti məğlubiyyəti - VİDEO

11:51

4 qol vuruldu, "Layptsiq" xal itirdi - VİDEO

11:43

“Qarabağ”a gəlmiş gözəlçə indi modellik edir - FOTOLAR

11:05

Ən sürətli futbolçu - Əşrəf Hakimi (SIRALAMA)

10:57

Avropanın məşhur klubunu almaq istəyən azərbaycanlı iş adamı kimdir?

10:47

"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm"

10:27

"Barselona" yox, "Real" lider olsaydı, La Liqanı erkən bitirərdilər"

10:20

Ulduz futbolçunun xanımından açıq-saçıq görüntülər - FOTO/VİDEO

09:35

"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

09:29

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

09:17

Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi

08:59

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

00:47

Bundesliqa: "Şalke 04" yenə uduzdu, "Layptsiq" evdə xal itirdi

27 May 2020
23:44

Fransa çempionatı ilə bağlı çıxarılan qərar dəyişdirildi

22:38

Kimmixdən yeni rekord

20:02

Bundesliqa klubu hücumçusunu itirdi

19:30

"Barselona", yoxsa "Yuventus"? - Qərarını verdi

18:25

NHL-də pley-off cütləri müəyyənləşdi

17:41

Balotelli əsas komandanın məşqlərində iştirak etmir

17:27

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı

17:18

"Avropa çempionatı və Çempionlar Liqasını qazanmaq istəyirəm" - Mbappe

16:35

Premyer Liqa klubları təmas məşqlərinə başlayır

16:21

Mourinyu məşq zamanı niyə velosiped sürüb? - ÖZÜ DEDİ

16:08

"Real" koronavirus qurbanlarını belə yad etdi - VİDEO

15:34

Almaniya Kuboku: Yarımfinalların vaxtı açıqlandı

15:10

"Nyukasl" Koutinyuya görə "Barsa" ilə danışıqlara başladı

15:05

Hər kəsin bildiyi, Elxan Məmmədovun görmədiyi – HƏQİQƏT

14:40

"Sabah"ın yeni transferi nə qədər maaş alacaq?

14:24

Millidən göndərilən xorvat: "Ən layiqli namizədlər Qurbanovla Sadıqovdu"

14:05

Afrika Millətlər Kuboku təxirə salınır

13:38

"Neftçi" rəhbərliyi çətin durumda

13:30

İngilis futbolçu 23 yaşında dünyasını dəyişdi

13:10

Demiral yaşıl meydanlara qayıdır

12:58

Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO

12:36

Rəhmanoviç "Qarabağ"a gəlir? - AÇIQLAMA

12:30

Flik Quardiolanın rekordunu təkrarladı

12:11

Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

12:05

Mbappe bu futbolçulara pərəstiş edir - ADLAR

11:51

"Qarabağ" milli üzvünü transfer edir?

11:40

"Realist olmaq lazımdı: "Bavariya" çempion olacaq"

11:23

Məmmədovun klubları və Azərbaycan klubları - AYRISEÇKİLİK

11:05

NHL qayıdır: Mövsümün bərpa planı açıqlandı

10:51

Nigeriyalı futbolçu pasportunu yeniləmək üçün Azərbaycana gəlir

10:43

Kamil Zeynallı: “Gülay ağlayaraq soruşdu ki...” - FOTO

10:35

"Real"da yeni müqavilə

10:22

"Formula 1"in avtomobil istehsalçısı "McLaren"də kütləvi ixtisar

10:09

Maykl Essyen karyerasını "Səbail"də bitirəcək

09:30

A Seriyasının rəhbərliyi klublarla çempionatın bərpa tarixini razılaşdırdı

09:00

"Bavariya"nın "Borussiya" üzərində qələbəsi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.