Valverde zədələndi - Nə vaxt sıraya dönəcək?

Valverde zədələndi - Nə vaxt sıraya dönəcək?

“Real Madrid”in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde zədələnib.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

Məlumata görə, futbolçunun sol topuğunda 3-cü dərəcəli burxulma aşkarlanıb.

Valverde zədəni İspaniya La Liqasının 5-ci turunda “Atletiko Madrid”lə keçirilən oyunda alıb. Qarşılaşmada iştirak edən futbolçu daha sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

İspaniya mətbuatının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin bərpa müddətinin təxminən 2-3 həftə olacağı gözlənilir.

Bu səbəbdən Valverdenin “Real Madrid”in qarşıdakı oyunlarında iştirak edib-etməyəcəyi sual altındadır. Klub futbolçunun müalicə və bərpa prosesini yaxından izləyəcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər