12:44 02.11.2025 1870

AVF-də qazaxıstanlı idman direktoru

Azərbaycan Velosiped İdmanı Federasiyasında idman direktoru vəzifəsinə qazaxıstanlı Vladimir Buşanski təyin olunub.

Fanat.Az xəbər verir ki, İcraiyyə Komitəsinin növbəti iclasında tədbiri giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları toplatının gündəliyi ilə tanış edib.

Sonra o, federasiyanın idman direktoru vəzifəsinə dəvət olunmuş qazaxıstanlı Vladimir Buşanskini İcraiyyə Komitəsinin üzvlərinə təqdim edib. Zaur Axundov mütəxəssisə ölkədə uğurlu fəaliyyət göstərməsi üçün ona lazımi dəstəyin veriləcəyini vurğulayıb.

Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov İcraiyyə Komitəsinin ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər və keçirilmiş çoxsaylı tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

O, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin 2 şəhər və 8 rayonunda velosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davam etdiriləcəyini bildirib.

“Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”nın Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı il üçün təqvim planına daxil edildiyini vurğulayan Sahib Ələkbərov 2.1 kateqoriyalı bu yarışın gələn ilin 10-14 may tarixlərində keçiriləcəyini və 5 mərhələdən ibarət olacağını deyib. İcraiyyə Komitəsinin üzvləri yarışın nəzərdə tutulan marşrutları ilə tanış edilib, onlara görülməsi vacib olan işlər barədə ətraflı məlumat verilib.

Federasiya prezidenti Zaur Axundov yarışın Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Sahib Ələkbərovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.

AzVİF-nin icraçı vitse-prezidenti Fikrət Hüseynov Respublika Velotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda federasiyanın yeni rəsmi internet saytı da təqdim olunub, onun dizaynı, funksionallığı və strukturu barədə məlumat verilib.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

11:45

"Şəfa" Azərbaycan çempionunu heyətinə cəlb etdi

Facebookdan bizi izləməyi unutmayın.
X