Qorxunc zədə alan qapıçı bağıra-bağıra ağladı - VİDEO
Meksika çempionatında "Atlas"la "Tigres" arasındakı qarşılaşmada qorxunc anlar yaşanıb. Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunda "Atlas"ın qapıçısı Oskar Ustari ağır zədə alıb.
Qarşılaşmanın 84-cü dəqiqəsində rəqib hücumunun qarşısını alan qolkiper topu ələ keçirib və tez onu ayağı ilə qabağa vurub. Bu zaman qışqırıq səsləri eşidilməyə başlayıb. Özünü yerə atan və bağıra-bağıra ağlayan Oskar Ustariyə çevirilən kameralar onun dizinin qorxunc görüntüsünü ekarana verib.
Həkimlərin sözlərinə görə, Oskar Ustarinin sol diz qapağı yerindən çıxıb. Onun bu vəziyyətini görən futbolçular və azarkeşlər şok keçirib.