Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) “Survivor All Star” yarışmasında dalaşan idmançıları ayırıb.
Yarışmada Berkan Karabulut və Batuhan Karacakaya arasında mübahisə düşüb.
"Kobra Pərviz" komanda yoldaşı olan Batuhanı kənara çəkərkən “yetər, ayə, yetər” kəlməsini işlədib.
Qeyd edək ki, ötən gün “ödül oyunu”nda çıxdığı hər 3 oyunda rəqiblərini məğlub edən Pərviz komandasına ən çox xal qazandıran iştirakçı olub. Lakin “qırmızılar” komandasında yer alan Pərvizin bu möhtəşəm performansı “Survivor All Star”ın mükafat yarışını qazanması üçün kifayət etməyib.