Azərbaycan voleybol yığmasının kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstanın "Vaşaş" komandası Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Budapeşt təmsilçisi açılış matçında səfərdə İtaliyanın Konelyano klubu ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Ayşən matç ərzində komandasına 3 xal qazandırıb.
Qrupun digər oyununda “Rjeşov” (Polşa) “Müluz”a (Fransa) qalib gəlib – 3:0.