"Radomka”da çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Marqarita Stepanenko Polşa çempionatının növbəti turunda “Bıdqoş”a qalib gəldikləri matçda (3:0) ən məhsuldar oyunçu olub.
Fanat.Az xəbər verir ki, hücumçu matç ərzində 20 xal toplayaraq klubun qələbəsinə önəmli töhfə verib.
Beləliklə, "Radomka" onuncu sıraya yüksələrək autsayder mövqeyini tərk edib.