Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Ruban Rumıniyanın “Luqoj” klubunun heyətində Çağırış Kubokunun yarımfinalına yüksəlib.
Fanat.Az xəbər verir ki, komanda avrokubokun 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda “Asteriks”i (Belçika) 3:1 hesabı ilə məğlub edib. Ruban 26 xalla görüşün bombardiri olub.
Yarımfinalda rəqib "Jedinstvo” (Serbiya) – “Porto” (Portuqaliya) cütünün qalibi olacaq. İlk görüşdə serbiyalılar 3:0 hesabı ilə qalib gəlib.