Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” Macarıstan çempionatında ilk məğlubiyyətlə üzləşib.
Fanat.Az xəbər verir ki, son çempion 13-cü turda səfərdə “Bekeşçaba”ya 0:3 hesabı ilə uduzub. Abduləzimova matç ərzində 8 xal toplayıb.
Bu uğursuzluq son ölkə çempionunun mövqeyinə təsir etməyib. Komanda 35 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Bekeşçaba"nın 30 xalı var.