15:13 01.03.2023 301

Millimizin Avropa çempionatına hazırlığı ilə bağlı toplantı keçirildi

Bu il Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə dair toplantı keçirilib. 

Fanat.Az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev yığmamızın hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, milli voleybolçular, məşqçilər, həkimlərlə görüşüb. 

Toplantıda voleybolçuların Azərbaycan birinciliyindəki çıxışları və Avropa çempionatına hazırlıq prosesinə dair müzakirələr aparılıb. Çıxış edən Faiq Qarayev bildirib ki, milli komandamızın əksər oyunçuları ölkə xaricində çıxış edirlər. Yığmanın hazırlıq prosesinin başlanmasına az vaxt qaldığını deyən təcrübəli mütəxəssis hazırda burada olan oyunçularımızın fiziki formalarının yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb: 

"Ölkə xaricində olan qızlarımızla əlaqə saxlayırıq, onların oyunlarını da yaxından izləyirik. Bakıda olan oyunçularımızın da fiziki hazırlığının səviyyəsinin yüksəldilməsinə çalışmalıyıq. Bunun üçün indidən tam heyətlə olmasa da məşqlərə başlamağı düşünürük. May ayında isə qızlarımız hamısı ölkəyə qayıdanda məşqlərimizi daha ciddi keçəcəyik. Hazırlıq prosesi çərçivəsində təlimlər, turnirlər nəzərdə tuturuq. Məqsədimiz millinin üzvlərinin hamısının bir arada toplanacağı vaxt hər kəsin tam oyun formasında olmasıdır. Məşqçilərimiz və voleybolçularımızın üzərinə çox böyük vəzifə düşür. Həkimlərimiz hər zaman oyunçularla maraqlanmalıdır, çəki ilə bağlı problem və digər çətinliklər olmamalıdır. Qızlarımızın həm fiziki, həm də psixoloji cəhətdən güclü olmaları vacibdir”. 
Faiq Qarayev oyunçular arasında sağlam rəqabətə də diqqət çəkib: “Oyunçularımız arasında sağlam rəqabət olmalıdır. Hər bir idmançı öz üzərində ciddi çalışmalıdır ki, millinin heyətində əsas 14-lükdə yer ala bilsin. Bütün bu sadalananlar olarsa, Avropa çempionatında uğurlu çıxış edə bilərik. Bu gün əsas məqsədimiz düzgün məşq qrafiki və oyunçuların fiziki hazırlıqlarının artırılmasıdır”. 

Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın hazırlıq prosesi ilə bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il 15 avqust-3 sentyabr tarixlərində Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

phrase_var_core.fb
X