Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatında onuncu turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, tura saat 16:00-da “Azərreyl” – “Murov” görüşü ilə start veriləcək.
Ardınca meydana “Abşeron” və UNEC daxil olacaq.
10-cu tur
16:00. "Azərreyl" - "Murov"
18:00. "Abşeron" - UNEC
Turnir cədvəli: "Azərreyl" - 23 (set fərqi: 24-7), "Murov" - 16 (19-14), "Abşeron" - 15 (18-13), UNEC - 0 (0-27).