Rumıniyanın “Luqoj” klubunda yer alan Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Ruban "Çağırış Kuboku"nun finalında çıxış edəcək.
Fanat.Az xəbər verir ki, onun komandası yarımfinalın cavab oyununda Serbiyanın “Yedinstvo" klubuna 3:0 hesabı ilə qalib gəlib. Ruban matç ərzində 13 xal toplayıb.
Finalda Rumıniya kollektivi italiyanın "Kieri" klubu ilə qarşılaşacaq. İlk oyun martın 15-də İtaliyada keçiriləcək.