Azərbaycan voleybol millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı blokçunun çıxış etdiyi "Vaşaş" finalda "Bekeşçaba" ilə üz-üzə gəlib.
Rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə üstələyən "Vaşaş" titulunu qoruyub. Abduləzimova matç ərzində komandasına 14 xal qazandırıb.