Rumıniyanın “Luqoj” komandasının heyətində çıxış edən Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Çağırış kubokunu qazana bilməyib.
Fanat.Az xəbər verir ki, komanda avrokubokların cavab final oyununda evdə “Çeri”yə (İtaliya) 0:3 hesabı ilə uduzub. Ruban matç ərzində 6 xal toplayıb.
Qeyd edək ki, bir həftə əvvəl italyanların meydanında baş tutan ilk finalda da "Luqoj" eyni hesabla məğlub olub.