Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatının ilk yarımfinal oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, ilk olaraq “Abşeron” – “Murov” matçı baş tutacaq.
Ardınca isə "Azərreyl" və mövsümdə bir dəfə də olsun qalib gələ bilməyən UNEC arenaya çıxacaq.
İlk yarımfinallar
16:00. "Abşeron" - "Murov"
18:00. "Azərreyl" – UNEC