Avropa çempionatında çıxış edən qadın voleybolçulardan ibarət millimiz növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, komandamız bu gün Yunanıstanla qarşılaşıb.
Gərgin keçən bu matçda voleybolçularımız 3:2 hesabi ilə qələbə qazanıblar.
Bu oyundan 2 xalla ayrılan komandamız ümumi xalların sayını 5-ə çatdırıb.
Avropa çempionatı
C qrupu
22 avqust
Azərbaycan - Yunanıstan 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12)