Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.
Fanat.Az Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən xəbər verir ki, tədbir oktyabrın 23-də Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutacaq və saat 15:00-da start götürəcək.
Püşkatma mərasimində AVF rəhbərliyi və əməkdaşları, klub rəhbərləri və rəsmi qonaqlar iştirak edəcək.