Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, Çelenc kubokunun 1/32 final mərhələsində Azərbaycan təmsilçisinin rəqibi Slovakiyanın “Spartak” (Miyava) klubu olub.
GİN-in Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub - 3:0 (25:23, 25:21, 27:25).
Komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.