23:46 13.12.2023 350

Ölkə çempionatında növbəti oyunlar keçirilib

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün qadınlar arasında üç, kişilərin mübarizəsində isə bir qarşılaşma baş tutub.

Günün ilk matçında “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası” komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə başlayan görüşdə qonaqlar ikinci setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Lakin “Gəncə” növbəti hissələri aktivinə yazdırmaqla meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. 
Turun digər qarşılaşma GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov” klubları arasında olub. Gərgin mübarizədə keçən matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb. 

Qadınların mübarizəsində növbəti görüş UNEC-lə “Azərreyl” arasında olub. UNEC-in İdman zalında baş tutan bu oyunda “Azərreyl” 3:0 hesabı ilə qalib gəlib. 

Bu gün kişilərin çempionatında isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları qarşılaşıblar. GİN-in Voleybol Mərkəzində keçirilən bu matçda Şuşa komandası 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, qadınların turnir cədvəlində “Abşeron” və “Azərreyl” klubları 15 xalla 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Hərəyə 9 xal toplayan “Murov Az Terminal” və “Gəncə” 3-cü, 4-cü pillədə yer alır. “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan “UNEC” isə sonuncu pillədədir. 

Kişilərin turnir cədvəlində “Xarı Bülbül Şuşa” xallarının sayını 13-ə çatdıraraq liderliyi ələ keçirib. “Azərreyl” 11 xalla 2-ci, “Murov Az Terminal” 10 xalla 3-cü, “Neftçi” və “Xarı Bülbül Laçın” 4 xalla 4-cü, 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.

Qadınlar
“Gəncə” - “Milli Aviasiya Akademiyası” 3:1 (25:16, 22:25, 25:11, 25:10)
“Abşeron” - “Murov Az Terminal” 3:1 (25:20, 25:12, 22:25, 26:24)
UNEC - “Azərreyl” 0:3 (12:25, 16:25, 17:25)

Kişilər
“Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” 3:1 (25:18, 19:25, 25:22, 25:22)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

Facebookdan bizi izləməyi unutmayın.
X