Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 19-cu turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün ilk görüşü Gəncə İdman Sarayında baş tutacaq.
UNEC - "Gəncə" matçı qarşılıqlı razılığa əsasən "Nizami yurdu"nda keçiriləcək və saat 14:00-da başlayacaq.
İki saat sonra isə "Azərreyl" "Abşeron"la üz-üzə gələcək. Günün son qarşılaşmasında (saat 18:00) "Murov Az Terminal" “Milli Aviasiya Akademiyası” ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, "Abşeron" hazırda 46 xalla turnir cədvəlinə başılıq edir. "Milli Aviasiya Akademiyası" (39 xal) ikinci, "Azərreyl" (32 xal) isə üçüncü yerdədir. "Gəncə" (24 xal) dördüncü, "Murov Az Terminal" (21) beşincidir. Sonuncu - altıncı pillədə olan UNEC-in xalı yoxdur.