Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, tur Gəncə İdman Sarayında start götürüb.
Şəhərin eyniadlı komandası UNEC-i 3:0 hesabı ilə üstələyib.
Digər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Öncə “Azərreyl” lider “Abşeron”a uduzub.
“Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” kollektivlərinin duelində isə birincilər minimal hesablı qələbəyə seviniblər.
Bu nəticələrdən sonra lider ən yaxın izləyicisi ilə xal fərqini 9-a yüksəldib.
Yüksək Liqa
XIX tur
9 aprel
UNEC – “Gəncə”0:3 (17:25, 14:25, 19:25)
“Azərreyl” – “Abşeron” 0:3 (21:25, 15:25, 16:25)
"Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” 2:3 (21:25, 25:18, 25:27, 25:18, 12:15)