Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi bu gün start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.