Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, "Abşeron" "Gəncə" ilə, "Milli Aviasiya Akademiyası” isə "Azərreyl"lə münasibətlərinə aydınlıq gətirib.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Günün ilk qarşılaşmasında "Abşeron" qərb təmsilçisini 3:1 hesabı ilə məğlub edib.
“Milli Aviasiya Akademiyası” - "Azərreyl" matçında isə ikincilər minimal hesabla üstün olublar - 3:2.
Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.