Bu gün qadın voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, finalçılar GİN-in Voleybol Mərkəzində bəlli olacaq.
“Azərreyl” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkəcək. Görüş saat 15:00-da başlayacaq. İlk görüşdə "Azərreyl" 3:2 qalib gəlib.
İkinci finalçı saat 17:00-da start götürəcək qarşılaşmanın sonunda bəlli olacaq. “Gəncə” isə “Abşeron”dan revanş almağa çalışacaq. "Abşeron" ilk oyundakı 3:1-lik üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.