Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.
Fanat.A xəbər verir ki, İlk yarımfinal oyununda "Milli Aviasiya Akademiyası"na 3:2 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda eyni hesabla uduzub.
Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:11) üstələyən "Azərreyl" həlledici mərhələyə yüksəlib.
Digər finalçı isə "Abşeron" olub. Sözügedən komanda birinci yarımfinal qarşılaşmasında 3:1 hesabı ilə qalib gəldiyi "Gəncə"yə ikinci görüşdə də şans verməyib - 3:0.
Qeyd edək ki, "Azərreyl" və "Abşeron" komandaları arasındakı final qarşılaşmaları aprelin 21-24 tarixlərində keçiriləcək.