Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün üçüncü yer uğrunda mübarizə start götürəcək.
Fanat.Az xəbər verir ki, “Gəncə” ilə “Milli Aviasiya Akademiyası” ilə "bürünc" üçün ilk sınaqda üz-üzə gələcəklər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş görüş saat 15:00-da başlayacaq.
Tərəflər arasında ikinci matç sabah keçiriləcək.
Qeyd edək ki, üçüncü yerin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa, qalib "Qızıl set"də müəyyənləşəcək.