Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib.
Fanat.Az xəbər verir ki, “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş "Abşeron"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında həlledici görüş aprelin 24-də, Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki dueldən sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.