Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" qarşılaşıblar.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.