Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan təmsilçisi “Vaşaş”dan ayrılıb.
Fanat.Az xəbər verir ki, millimizin üzvü bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, 6 il ərzində “Vaşaş”ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddətdə 5 dəfə Macarıstan çempionu olub.