Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Monteneqro seçməsi ilə qarşılaşıb.
Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.