Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Gümüş Avropa Liqasında Lüksemburqla üz-üzə gələn təmsilçimiz 0:3 hesabı ilə uduzub.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib - 3:0.