Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Zülfüqarov iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək (U-19) qızların dünya çempionatının oyunlarını idarə edəcək.
24 ölkə yığmasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.