
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxacaq.
Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi evdə Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da FHN-in idman zalında start götürəcək.
20 noyabr
Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyunu
"Xilasedici" (Azərbaycan) - "Styaua" (Rumıniya)
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə "Xilasedici" rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Nihat